Ana Sayfa > Karusel / Dünya > İsrail ordusu 2 saat ərzində Livandakı 100-ə yaxın hədəfi vurub

İsrail ordusu 2 saat ərzində Livandakı 100-ə yaxın hədəfi vurub


20-09-2024, 08:13. Yazar: Admin

İsrail ordusu 2 saat ərzində Livandakı 100-ə yaxın hədəfi vurub

İsrail Hərbi Hava Qüvvələri sentyabrın 19-da axşam saatlarında Livanın cənubuna bir sıra irimiqyaslı zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə iki saat ərzində “Hizbullah” hərəkatının 100-ə yaxın atıcı qurğusu və digər obyektləri hücuma məruz qalıb. Ordunun bildirdiyinə görə, zərbələrin hədəfi olan raket buraxılış sistemlərində 1000-ə yaxın mərmi olub və onlar İsrail ərazisinə atəş açmağa hazır olublar.

Mətbuat xidməti qeyd edib ki, Hərbi Hava Qüvvələrinin qırıcıları bu zərbələri Hərbi Kəşfiyyat İdarəsi və İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığı ilə koordinasiyalı şəkildə həyata keçirib.

Bundan başqa Livanın cənubundakı müxtəlif bölgələrdə “Hizbullah”ın silah anbarlarına da zərbələr endirib, artilleriya bölmələri isə Nakura bölgəsinə hücum edib.


Geri dön