Ana Sayfa > Karusel / Cəmiyyət > “Qarşıdakı bir neçə ay çox çətin olacaq”

“Qarşıdakı bir neçə ay çox çətin olacaq”


24-10-2020, 08:34. Yazar: Admin

 

“Növbəti bir neçə ay çox çətin olacaq”. Qarabaginfo.az xəbər verir ki , bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədəki brinfinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Brifinq təşkilatın yutub kanalı vasitəsilə yayımlanıb.

“Biz COVID-19 pandemiyasının kritik vacib kəsişməsindəyik, xüsusilə şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır”, - deyə ÜST rəhbəri xəbərdarlıq edib.

O, dünya ölkələrinin liderlərini ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi və məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmağa çağırıb.


Geri dön