Ana Sayfa > Karusel / Dünya > Şimali Koreya ballistik və strateji qanadlı raketləri sınaqdan keçirib

Şimali Koreya ballistik və strateji qanadlı raketləri sınaqdan keçirib


Dünən, 07:37. Yazar: Admin

Şimali Koreya ballistik və strateji qanadlı raketləri sınaqdan keçirib

KXDR-in Raket Elmi üzrə Baş İdarəsi yeni “Hwasongpo-11da-4.5” tipli taktiki ballistik raketi və modernləşdirilmiş strateji qanadlı raketi uğurla sınaqdan keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf agentliyi məlumat yayıb.

Bildirilib ki, sınaqları ölkə lideri Kim Çen In izləyib.

Yeni tipli taktiki ballistik raket 4,5 ton ağırlığında ultra böyük döyüş başlığı ilə təchiz edilib.

Həmçinin qeyd edilir ki, strateji qanadlı raketin gücü döyüş istifadəsinə uyğun olaraq təkmilləşdirilib.


Geri dön