Co Bayden administrasiyası avqust ayında ABŞ Konqresinə xüsusi sorğu göndərərək noyabrda keçiriləcək prezident seçkilərindən əvvəlki və sonrakı dövrdə Məxfi Xidmətin maliyyələşdirilməsinin artırılmasını xahiş edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, əlavə maliyyə olmasa, Məxfi Xidmətin mühafizə əməliyyatlarını saxlamaq və təkmilləşdirmək üçün kifayət qədər resursları olmayacaq.
Əlavə xərclərin konkret məbləği göstərilməyib.