Ana Sayfa > Karusel / Dünya > Livanda rabitə cihazları yenə partlayır

Livanda rabitə cihazları yenə partlayır


18-09-2024, 20:27. Yazar: Admin

livanda-rabite-cihazlari-yene-partlayir 

Livanda yenidən partlayışlar baş verib.

Qarabaginfo.az xəbər verir ki,  bu barədə “Al Hadath” məlumat yayıb.

“Hizbullah hərəkatının üzvlərinin istifadə etdiyi rabitə cihazları partlayıb”, - məlumatda qeyd olunub.

Bildirilir ki, Livanın müxtəlif ərazilərində baş verən partlayışlarda təxminən 100 nəfər yaralanıb.

Livan mediası yazır ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil radiolarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.

Xatırladaq ki, sentyabrın 17-də Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları anidən partladılıb. Ən son məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 4 mindən çox insan isə yaralanıb.

 


Geri dön