Ana Sayfa > Karusel / Cəmiyyət > İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi


18-09-2024, 15:57. Yazar: Admin

 

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

 

Qarabaqinfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

 

Qeyd edək ki, Azərbaycanda Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabr ayının 8-i və 9-u qeyri-iş günüdür.

 

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən 11-i də qeyri iş günü hesab olunur


Geri dön