Ana Sayfa > Karusel / Gündəm > Minsk qrupu və əlaqəli institutların fəaliyyətinə tam son qoyulmalıdır!

Minsk qrupu və əlaqəli institutların fəaliyyətinə tam son qoyulmalıdır!


18-09-2024, 15:14. Yazar: Admin

 

Minsk qrupu və əlaqəli institutların fəaliyyətinə tam son qoyulmalıdır!

Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər.

 

Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqəli olan, keçmişin qalığı hesab edilən bu kimi institutlarla Ermənistanın fəaliyyətini davam etdirməsi siyasəti heç bir şəkildə anlaşılan deyil:

 

"Çünki belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır. Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil".


Geri dön