Ana Sayfa > Karusel / Dünya > Kreml Paşinyanla razılaşmır

Kreml Paşinyanla razılaşmır


18-09-2024, 15:02. Yazar: Admin

 

Kreml Paşinyanla razılaşmır

Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkəsi üçün təhlükə adlandıran Ermənistanın baş naziri Nikola Paşinyanla qəti şəkildə razılaşmır.

 

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

O, KTMT-dən heç bir təhlükənin olmadığını vurğulayıb.

 

“Biz cənab Paşinyanla qəti şəkildə razılaşmamalıyıq. KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir. Əksinə, bu təşkilat üzv dövlətlərin suverenliyinin keşiyində durur. Lakin biz səbirlə bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracağıq”, - Kreml nümayəndəsi mətbuata açıqlamasında deyib.


Geri dön