Ana Sayfa > Karusel / İqtisadiyyat > “Azəri-Çıraq-Günəşli”nin 30 ili rəqəmlərdə

“Azəri-Çıraq-Günəşli”nin 30 ili rəqəmlərdə


17-09-2024, 17:45. Yazar: Admin

 

“Azəri-Çıraq-Günəşli”nin 30 ili rəqəmlərdə

 

30 il öncə - 1994-cü il sentyabr ayının 20-də Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” saziş imzalandı.

Bu saziş sonradan “Əsrin müqaviləsi” kimi tanındı. 2017-ci ilin sentyabr ayında bu sazişin müddəti əsrin ortalarınadək uzadıldı.

AÇG-nin 30 illiyinə dair əsas faktlar:

- 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək AÇG-dən 593 milyon ton (təqribən 4,4 milyard barel) neft hasil edilib.

- Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə 4,3 milyard bareldən çox AÇG nefti dünya bazarlarına daşınıb.

- 2006-cı ildən bəri ACG nefti ilə yüklənən 5707 tanker Ceyhan terminalından yola salınıb.

- Hasilatın başlanğıcından 2024-cü ilin ikinci rübünün sonunadək təqribən 57 milyard kubmetr AÇG səmt qazı Azərbaycana təhvil verilib.

- AÇG layihəsinin əsaslı xərcləri 2024-cü ilin ikinci rübünün sonunadək 45 milyard dollar təşkil edib.

- 1994-cü ildə AÇG layihəsi başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək bp və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə təqribən 111 milyon dollar xərcləyiblər.

- 2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb.

- Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verilib. 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub.

- AÇG layihəsi çərçivəsində bir platforma - Çıraq platforması yenidən quruldu, səkkiz təzə platforma tikildi, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edildi, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradıldı.

- 2024-cü ilin ikinci rübünün sonunda AÇG-də 144 hasilat quyusu, 45 suvurma və 8 qaz injektor quyusu vardı.

- AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var, ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 160 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 280 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.


Geri dön