Ana Sayfa > Karusel / Gündəm > Havanın temperaturu enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu enəcək - XƏBƏRDARLIQ


17-09-2024, 16:45. Yazar: Admin

 

Havanın temperaturu enəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında sentyabrın 21-i gündüzədək fasilərələ yağıntılı hava şəraiti davam edəcək.

 

Bu barədə Qarabaqinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Geri dön