Ana Sayfa > Karusel / Gündəm > Sosial şəbəkələr: zamanı öldürdüyümüz məkan - Psixoloqlardan XƏBƏRDARLIQ
Sosial şəbəkələr: zamanı öldürdüyümüz məkan - Psixoloqlardan XƏBƏRDARLIQ17-09-2024, 15:11. Yazar: Admin |
Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. İnsanların əksər hissəsi gününün ən azı bir neçə saatını feysbuk, votsap, tviter, Tik-tok, Telqram, instaqram, yutub kimi sosial şəbəkələrdə keçirir. Bir çoxları hesab edir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə insanlara müxtəlif tərəflərdən mənfi təsir göstərir.
“Sosiallıq da ünsiyyətdən yaranır. Sosiallaşmaq stressi, narahatlığı və depressiyanı azaldır, özünə dəyəri, rahatlıq və rifahı artırır. Eyni zamanda tənhalıqdan doğan aqressivliyin qarşısını alır, insan ömrünü uzadır. Araşdırmalar göstərir ki, insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün nəzərdə tutulmuş bir texnologiyaya çox vaxt sərf etmək və sosial mediada həddən artıq zaman keçirmək sizi tənhalığı və təcrid olunmağı hiss etdirir, narahatlıq, depressiya kimi psixi sağlamlıq problemlərini dərinləşdirir. Çoxsaylı tədqiqatlar da sosial şəbəkələrdən həddindən artıq istifadə ilə depressiya, narahatlıq, təklik, özünə zərər və hətta suisidal düşüncələrlə bağlı artan risk arasında güclü əlaqə tapıb”. Psixoloq qeyd edir ki, sosial şəbəkələrdə həddindən artıq çox vaxt keçirirsinizsə, bunun paralelliyində kədər, narazılıq, məyusluq, tənhalıq hissləri həyatınızı bürüyübsə, o zaman daha sağlam həyat tərzi formalaşdırmalısınız: E.Rüstəmovun sözlərinə görə, insanın psixi cəhətdən sağlam olması üçün canlı ünsiyyətə ehtiyacı var. Psixoloq bildirib ki, sosial şəbəkələrdən düzgün və məhdud şəkildə istifadə nə qədər inkişafetdirici və faydalı olsa da, həddindən artıq istifadə asılılıq və digər psixoloji sağlamlıq problemlərinə gətirib çıxarır: “Sosial media və internetdən uzaq, ailə üzvləri və dostlarla canlı ünsiyyətdə olmaq psixoloji rifahın yüksəlməsinə birbaşa təsir edir. Depressiya, əsəb problemləri, təşviş pozuntusu, fobiyalar da daxil olmaqla idarə olunmayan və fərdin şəxsi həyatına mənfi təsir göstərən psixoloji narahatlıqlar zamanı isə fərd mütləq şəkildə psixoloji dəstək almalıdır”.
Psixoloq bildirib ki, sosial şəbəkələr daim başqalarının həyatı ilə müqayisələr yaradır, çünki istifadəçilər həyatlarının ən yaxşı anlarını paylaşmağa meyillidirlər:
“Zaman bizə aid olduğu üçün, özümüzü hissə-hissə öldürürük. Sosial şəbəkələrin işi sosial ünsiyyət yaratmaq və əsasən məlumatları paylaşmaqdır. İnsana isə canlı ünsiyyət çox vacibdir. Dinləmək və danışmaq, empatiya qurmaq insan üçün inkişafdır. Gün ərzində sosial şəbəkədən yarım saatdan artıq istifadə depressiya, ruh düşkünlüyü, tənbəllik, həyata laqeydlik, yaddaş pozuntusu, neqativ düşüncələr, gələcəyə inamsızlıq ayardır. Əgər neqativ xəbərlər, kriminal hadisələr, təşviş yaradan xəbər saytları izlənilirsə, bunlar yuxusuzluq, təşviş-həyəcan, panik atak, səbəbsiz əsəb və gərginliyin yaranmasına gətirib çıxarır. Sosial şəbəkədə keçirilən boş vaxtları müxtəlif hobbilərlə əvəz etmək, hətta özünü məcbur etmək vacibdir. Allah insana zaman verib, insan onu öldürməklə məşquldur". Geri dön |