Ana Sayfa > Karusel / Dünya > Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ

Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ


16-09-2024, 17:29. Yazar: Admin

 

Kobaxidze Ermənistanla Azərbaycana vasitəçilik TƏKLİF ETDİ

Mən çox şadam ki, Gürcüstan və Ermənistan arasında strateji əməkdaşlıq inkişaf edib.

Qarabaqinfo.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, strateji əməkdaşlıq iki ölkə arasında münasibətlərin dərinləşməsinə kömək edəcək.

Gürcüstanın baş naziri vurğulayıb ki, o, Paşinyanla bütün sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.

İrakli Kobaxidze həmçinin əlavə edib ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı müsbət prosesi alqışlayır.

“Biz də bu məsələdə öz rolumuzu oynamağa hazırıq”.


Geri dön