Ana Sayfa > Karusel / Dünya > Gürcü nazir Çin şirkətini əməkdaşlığa dəvət etdi
Gürcü nazir Çin şirkətini əməkdaşlığa dəvət etdi13-09-2024, 09:55. Yazar: Admin |
Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili Çinin dövlət şirkətini enerji sektorunda əməkdaşlığa dəvət edib.
Qarabaqinfo.az xəbər verir ki, bunu "China Huadian Corporation"ın nümayəndələri ilə görüşdə Davitaşvili qeyd edib. O deyib ki, bərpa olunan enerji mənbələrinin böyük resursuna malik olan Gürcüstan Çini enerji layihələrinə cəlb etməkdə maraqlıdır.
Onun sözlərinə görə, enerji sektoru ölkə iqtisadiyyatının inkişafı üçün əsasdır və buna görə də hökumət həm dayanıqlı enerjinin inkişafında, həm də bu sahədə yeni texnologiyaların tətbiqində maraqlıdır. Geri dön |