Ana Sayfa > Karusel / Dünya > Gürcü nazir Çin şirkətini əməkdaşlığa dəvət etdi

Gürcü nazir Çin şirkətini əməkdaşlığa dəvət etdi


12-09-2024, 17:51. Yazar: Admin

 

Gürcü nazir Çin şirkətini əməkdaşlığa dəvət etdi

Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili Çinin dövlət şirkətini enerji sektorunda əməkdaşlığa dəvət edib.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu "China Huadian Corporation"ın nümayəndələri ilə görüşdə Davitaşvili qeyd edib.

O deyib ki, bərpa olunan enerji mənbələrinin böyük resursuna malik olan Gürcüstan Çini enerji layihələrinə cəlb etməkdə maraqlıdır.

 

Onun sözlərinə görə, enerji sektoru ölkə iqtisadiyyatının inkişafı üçün əsasdır və buna görə də hökumət həm dayanıqlı enerjinin inkişafında, həm də bu sahədə yeni texnologiyaların tətbiqində maraqlıdır.

 

Geri dön