Ana Sayfa > Karusel / Gündəm > Məzahir Pənahov daha 20 müraciətə baxacaq

Məzahir Pənahov daha 20 müraciətə baxacaq


12-09-2024, 16:51. Yazar: Admin

Məzahir Pənahov daha 20 müraciətə baxacaq

Hazırda Mərkəzi Seçki Komissiyasının icraatında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 müraciət var.

Qarabaqinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sabahkı iclasda bu müraciətlərə baxılacaq: “Kifayət qədər çox müraciətə baxıb qərar qəbul edəcəyik”.

MSK sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, seçki günü və növbəti günü protokol və qərar ala bilməməklə bağlı 10 nəfər müraciət edib: “Bu da 5 dairədə 12 məntəqəni əhatə edib: “Növbəti gün üçün cəmi 2 müraciət daxil olub. Bu müraciətlərin hamısı təmin edilib. Bu da rayon yerlərində müşahidəçilərin Bakıdan gəldiyini bildirərək protokolları tez tələb etməsi ilə bağlı olub. Bakıda yaşayanlar isə gecə gec saatlara qədər qalmaq istəmədikləri üçün belə hal olub”.


Geri dön