Ana Sayfa > Karusel / Gündəm > Parlamentin yeni deputatları ilk bu qanunları MÜZAKİRƏ EDƏCƏK
Parlamentin yeni deputatları ilk bu qanunları MÜZAKİRƏ EDƏCƏK12-09-2024, 15:34. Yazar: Admin |
Milli Məclisin payız sessiyasının plenar iclası Daxili Nizamnaməyə əsasən, sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Qarabaqinfo.az-ın məlumatına görə, yeni çağırış Milli Məclisdə ilk müzakirə olunan mövzular COP-29-la əlaqədar olaraq ekoloji sahədə olacaq.
Bununla bərabər "Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin meyarları haqqında təlimat, "Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında" Əsasnamə təsdiq olunub. Hazırda 5 qanun layihəsi - "Atmosfer havasına atılan istixana effekti yaradan qazların idarə edilməsi haqqında", "Qablaşdırma və qablaşdırma tullantılarının dövriyyəsi haqqında", "Heyvanlarla məsuliyyətli davranış haqqında", "Ekoloji maarifləndirilmə haqqında", "Yerin təki haqqında" qanun layihələri, "Azərbaycan Respublikasında meşələrin davamlı inkişafına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" razılaşdırılma mərhələsindədir. Geri dön |