Ana Sayfa > Karusel / İqtisadiyyat > Pensiyalar nə qədər artırılacaq? - İqtidsadçı deputat AÇIQLADI
Pensiyalar nə qədər artırılacaq? - İqtidsadçı deputat AÇIQLADI12-09-2024, 12:00. Yazar: Admin |
“2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əmək haqqı 8.3 faiz artıb. Orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır. Belə ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır”. Onun sözlərinə görə, bu il orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”, - V.Bayramov qeyd edib. Geri dön |