Ana Sayfa > Karusel / Dünya > Şimali Koreya bir neçə ballistik raketi sınaqdan keçirib

Şimali Koreya bir neçə ballistik raketi sınaqdan keçirib


12-09-2024, 09:35. Yazar: Admin

Şimali Koreya bir neçə ballistik raketi sınaqdan keçirib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər təxminən saat 07:10-da Pxenyan ərazisindən Yapon dənizinə doğru atılıb.

Bundan əvvəl Cənubi Koreya tərəfi bir raket haqqında da məlumat vermişdi. Məlumata görə, raketlər təxminən 360 km uçaraq dənizə düşüb.

Şimali Koreya bundan əvvəl iyulun 1-də də ballistik raketlər buraxmışdı.


Geri dön