Ana Sayfa > Karusel / Dünya > HƏMAS atəşkəs razılaşması üçün istənilən yeni şərti rədd edir
HƏMAS atəşkəs razılaşması üçün istənilən yeni şərti rədd edir12-09-2024, 09:20. Yazar: Admin |
HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının yeni şərtlərini rədd edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda bildirilir ki, HƏMAS-ın siyasi büro üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti Dohada Qətərin baş naziri və Misir kəşfiyyatının rəhbəri ilə görüşüb. Görüşdə tərəflər Qəzza zolağında baş verənləri müzakirə ediblər. “Hərəkatın Co Baydenin 31 may 2024-cü il tarixli bəyanatı, Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və 2 iyul 2024-cü ildə razılaşdırılan atəşkəs razılaşmasını heç bir yeni tələb irəli sürmədən dərhal həyata keçirməyə hazır olduğu vurğulanıb”. – deyə məlumatda bildirilir. Həmçinin qeyd olunur ki, hərəkat tərəflərin hər hansı birindən bu razılaşma üçün istənilən yeni şərti rədd edir. Geri dön |