Ana Sayfa > Karusel / Dünya > Zelenski: Ukraynanın qələbəsi ilə bağlı plan II Sülh Sammitində təqdim olunmalıdır

Zelenski: Ukraynanın qələbəsi ilə bağlı plan II Sülh Sammitində təqdim olunmalıdır


11-09-2024, 20:57. Yazar: Admin

Ukrayna prezidenti Vladimir Zelenski

 

Rusiyanı sülhə məcbur etmək üçün Ukraynanın müharibədə qələbəsi ilə bağlı plan II Sülh Sammitində mütləq təqdim olunmalıdır.

Qarabaginfo.az “insider.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib: “Mən bu məsələni əvvəlcə ABŞ prezidenti Co Baydenlə müzaakirə edəcəyəm. Çünki bu planın böyük hissəsi ABŞ və digər tərəfdaşlarımızdan asılıdır. Düşünürəm ki, hər kəs təzyiqin və yardımın miqyasını dərk edir. Ona görə də burada əlavə fikir söyləməyə ehtiyac yoxdur. Rusiyanı diplomatik yolla sülhə məcbur etmək məqsədilə bu plan mütləq təqdim edilməlidir. Tərəfdaşlarımız onu dəstəkləməsi çox vacibdir”.


Geri dön