Ana Sayfa > Karusel / Siyasət > İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib


11-09-2024, 20:47. Yazar: Admin

İlqar Məmmədov

 

İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verib.

Qarabaginfo.az xəbər verir ki, İlqar Məmmədov bu barədə sosial şəbəkədə paylaşım edib.

İlqar Məmmədov qeyd edib ki, MSK bu gün təqdim etdiyi əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd edib: “Nəticə etibarilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim. Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitə REAL partiyasına yeni rəhbər seçəcək. Həmin ərəfədə yekun videomüraciətim də olacaq".


Geri dön