Ana Sayfa > Karusel / Gündəm > Ramiz Zeynalovun icra başçısı olan qardaşı VƏFAT ETDİ
Ramiz Zeynalovun icra başçısı olan qardaşı VƏFAT ETDİ11-09-2024, 14:47. Yazar: Admin |
Tovuz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov vəfat edib.
Qarabaqinfo.az xəbər verir ki, sabiq başçı 80 yaşında dünyasını dəyişib.
Tofiq Zeynalov 1944-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. O, 2007-ci illərdə Tovuz rayonunda müxtəlif vəzifələrdə çalışıb və həmin il rayonun icra başçısı təyin olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə vəzifəsindən azad edilib.
Qeyd edək ki, Tofiq Zeynalov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.
Məlumatı ilk olaraq "oxu.az" yayıb. Geri dön |