Ana Sayfa > Karusel / Təhsil > Bağça müəllimləri üçün diaqnostik qiymətləndirmə prosesi BAŞLAYIB

Bağça müəllimləri üçün diaqnostik qiymətləndirmə prosesi BAŞLAYIB


11-09-2024, 13:44. Yazar: Admin

 

Bağça müəllimləri üçün diaqnostik qiymətləndirmə prosesi BAŞLAYIB

Elm və Təhsil Nazirliyi dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 2025-2026-ci illərdən başlayacağını bildirib.

Nazirlik sertifikatlaşdırılmadan öncə bağça müəllimlərinin diaqnostik qiymətləndirməsinin aparılacağını bəyan etmişdi.

Proses artıq başlayıb.

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Qarabaqinfo.az-a açıqlama verilib.

Bildirilib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır.

İlk addım kimi məktəbəqədər təhsil müəssisələrinin pedaqoji heyəti – tərbiyəçi-müəllim və metodistlər üçün 2024-cü ilin iyulun 22-si və avqustun 29-da onlayn sınaqlar həyata keçirilib.

Agentlik vurğulayıb ki, diaqnostik qiymətləndirmə ilin sonunadək keçiriləcək.

“Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirməsi ilə bağlı çərçivə sənədi hazırlanıb. Bakı və regionlar üzrə 3000-ə yaxın bağça müdiri, tərbiyəçi-müəllim, metodistlə görüşülüb və diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi müzakirə olunub. Diaqnostik qiymətləndirmə ölkənin bütün ərazilərini əhatə edəcək. Bu qiymətləndirməyə tərbiyəçi-müəllimlər və metodistlər cəlb olunacaq. 2026-cı ilədək isə pedaqoji heyətin sertifikasiyası keçiriləcək”, - deyə qurumdan bildirilib.


Geri dön