Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda iqtisadi artım 4.3 faiz olub
Azərbaycanda iqtisadi artım 4.3 faiz olub11-09-2024, 12:58. Yazar: Admin |
2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80960,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. Qarabaqinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. ÜDM istehsalının 37,9 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 18,9 isə faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 7941,3 manata bərabər olub. Geri dön |