Ana Sayfa > Karusel / Dünya > SON DƏQİQƏ: Ukrayna 600 rus hərbçisini əsir götürdü

SON DƏQİQƏ: Ukrayna 600 rus hərbçisini əsir götürdü


11-09-2024, 12:36. Yazar: Admin

SON DƏQİQƏ: Ukrayna 600 rus hərbçisini əsir götürdü

Rusiya qüvvələri sərhədyanı əraziləri davamlı olaraq atəşə tutduğu üçün Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində hücuma başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski “Ukrayna 2024. Müstəqillik” forumunda çıxışı zamanı bildirib.

Sırski Kursk əməliyyatını Ukraynanın “təhlükəsizlik zonası yaratmaq, Rusiya Federasiyasının ərazisindən atəşə tutulmasını dayandırmaq, Sumı vilayətində mülki obyektləri qorumaq” istəyi ilə izah edib. 

"Bundan əlavə, düşmən bu istiqamətdə xeyli sayda qoşun cəmləşdirirdi və bu istiqamətdə hücum əməliyyatı planlaşdırırdı", - o deyib.

Ali Baş Komandan vurğulayıb ki, Ukrayna ordusu Kursk vilayətində keçirilən əməliyyat zamanı 594 rus əsgərini əsir götürü: “Qoşunlarımızın uğurlu fəaliyyəti sayəsində biz mübadilə fondunu xeyli artırmışıq”.

Sırskinin sözlərinə görə, Rusiya Kursk istiqamətinə 30 min hərbi qulluqçu köçürməyə məcbur olub və bu rəqəm artmaqda davam edir. Sırski əlavə edib ki, Kursk vilayətində Ukrayna 1294 kv.km ərazini və “bu ərazidə yerləşən 100 yaşayış məntəqəsini” nəzarətə götürüb.

Rusiya tərəfi Sırskinin açıqladığı rəqəmə münasibət bildirməyib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı əlavə edib ki, Kursk istiqamətində hücum əməliyyatının məqsədlərindən biri Rusiya qüvvələrini digər istiqamətlərdən, ilk növbədə Pokrovski və Kuraxovskidən yayındırmaq olub.

Avqustun 24-də Ukrayna və Rusiya “115-in 115-ə” düsturuna əsasən növbəti hərbi əsir mübadiləsi həyata keçirib. Rusiya teleqram kanallarının məlumatına görə, əsir mübadiləsi zamanı Kursk vilayətində əsir götürülən bəzi rusiyalı hərbi qulluqçular evlərinə qayıdıblar.


Geri dön