Ana Sayfa > Karusel / Region > Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib
Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib11-09-2024, 12:32. Yazar: Admin |
Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə "Axmat" xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov TASS-a bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya regionunda çox ağır itkilər verir və bu ərazini saxlamağın onlar üçün çətin olduğunu anlamağa başlayıblar. Qeyd edək ki, sentyabrın 10-da Rusiya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Bildirilib ki, Rusiya hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrini Qordeevka kəndindən çıxarıb. Ümumilikdə 24 saat ərzində 10 km-dən çox ərazinin azad edildiyi qeyd olunub. Geri dön |