Ana Sayfa > Karusel / Dünya > “Teleqram”ın qurucusu istintaqla tam əməkdaşlıq edir”- Paris Prokurorluğu

“Teleqram”ın qurucusu istintaqla tam əməkdaşlıq edir”- Paris Prokurorluğu


11-09-2024, 12:31. Yazar: Admin

“Teleqram” messencerinin sahibi Pavel Durova qarşı iş kibercinayətkarlıqla mübarizə üçün əsas sayılır.

Qarabaginfo.az xəbər verir ki, bunu Paris prokuroru Laure Bekko RTL radiosunda deyib.

Onun sözlərinə görə, Paris Prokurorluğunun Kibercinayətkarlıqla Mübarizə Xidməti də Coco veb-saytı və şifrlənmiş Sky ECC messencerinə maraq göstərib və onu bağlamağa məcbur edib.

“Pavel Durovun işi Paris Prokurorluğunun Kibercinayətkarlıqla Mübarizə Xidməti tərəfindən həyata keçirilən tədbirlərə uyğundur” – prokuror bildirib.

Bekkonun sözlərinə görə, əvvəllər saxlanılan və sonra zaminə buraxılan Durov məhkəmə nəzarəti şərtlərinə tam əməl edir. O, messencerin təsisçisinin istintaqla tam əməkdaşlıq etdiyini açıqlayıb.

Daha əvvəl Durov “Teleqram” istifadəçilərinin böyük əksəriyyətinin cinayətlə heç bir əlaqəsinin olmadığını bildirmişdi.


Geri dön