Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Ana Sayfa > Karusel / Region > MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub


11-09-2024, 12:14. Yazar: Admin

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.


Geri dön