Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub, 212 nəfər sağalıb, 8 nəfər vəfat edib
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub, 212 nəfər sağalıb, 8 nəfər vəfat edib23-10-2020, 15:15. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 48221 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 40831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib, aktiv xəstə sayı 6734 nəfərdir. Ölkədə son sutka ərzində 9951, hazırkı dövrədək isə 1270144 test aparılıb. Geri dön |