Ana Sayfa > Karusel / Dünya > Maduro Dominikan Respublikasının prezidentini oğru adlandırıb

Maduro Dominikan Respublikasının prezidentini oğru adlandırıb


11-09-2024, 08:20. Yazar: Admin

Venesuela Prezidenti Nikolas Maduro

 

Venesuela Prezidenti Nikolas Maduro Dominikan Respublikasının rəhbəri Luis Abinaderi Venesuela təyyarələrini oğurlamaqda ittiham edərək onu “oğru və quldur” adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bunu hökümət iclasında deyib.

“Bugünkü debatları çox diqqətlə izləyirəm. Mən ora getməyə hazır idim. Təyyarəm Dominikan Respublikasında qaçırılmasaydı, mən ora uçacaqdım. Dominikan Respublikasının Prezidenti Abinader quldur və oğrudur”, - Maduro qeyd edib.

Sentyabrın 2-də ABŞ Dominikan Respublikasında Maduronun təyyarəsinə həbs qoyaraq hava gəmisini Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, təyyarə ixrac nəzarəti və ABŞ-nin sanksiyalar qanunlarını pozaraq alınıb.


Geri dön