Ana Sayfa > Karusel / Region > Papaya sui-qəsd hazırlayan 7 nəfər saxlanıldı - Foto

Papaya sui-qəsd hazırlayan 7 nəfər saxlanıldı - Foto


10-09-2024, 22:22. Yazar: Admin

papaya-sui-qesd-hazirlayan-7-nefer-saxlanildi

İndoneziyada Roma Papası Fransiskə sui-qəsd hazırlayan 7 nəfər saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Sui-qəsdçilərin qarşısı Papa Fransiskin İndoneziyanın paytaxtı Cakartaya səfərindən cəmi iki gün əvvəl alınıb. Onların bir-birini tanıyıb-tanımaması və ortaq terror qruplaşmasına aid olub-olmaması hələ müəyyən edilməyib. Saxlanılanlardan birində ox-yay, pilotsuz uçuş aparatı və İslam Dövlətinin vərəqələri aşkar edilib.

İndoneziya polisinin bildirdiyinə görə, sui-qəsdçilər Papanın Cənub-Şərqi Asiyanın ən böyük məscidi olan İstiqlal məscidini ziyarət etmək niyyətindən qəzəbləniblər.

 


Geri dön