Ana Sayfa > Karusel / Siyasət > XİN: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur

XİN: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur


10-09-2024, 21:52. Yazar: Admin

XİN: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur

Hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib: "Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub".


Geri dön