Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın İrandan idxalı 42% azalıb
Azərbaycanın İrandan idxalı 42% azalıb23-10-2020, 14:22. Yazar: Admin |
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 240 384,2 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 150 278,92 min dollar və ya 38,5% azdır. Qarabaginfo.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan İrana ixracın həcmi 30 076,8 min dollar təşkil edib ki, bu da illik müqayisədə 2 327,92 min dollar və ya 8,4% çoxdur. İdxalın həcmi isə 210 307,4 min dollara bərabər olub ki, bu göstərici illik müqayisədə 152 606,84 min dollar və ya 42% azalıb. Nəticədə, bu ilin doqquz ayında 180 230,6 min dollarlıq mənfi saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 154 934,76 min dollar və ya 46,2% azdır. Geri dön |