Ana Sayfa > Karusel / Dünya > Vasitəçilərin marağı heç də həmişə Bakı və İrəvanın marağı ilə üst-üstə düşmür - Mirzoyan
Vasitəçilərin marağı heç də həmişə Bakı və İrəvanın marağı ilə üst-üstə düşmür - Mirzoyan10-09-2024, 14:33. Yazar: Admin |
Ermənistanın XİN başçısı Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun İrəvana gəlməməsinə təəssüflənib.
Qarabaqinfo.az xəbər verir ki, İrəvanda keçirilən forumda çıxış edən Ermənistan XİN rəhbəri Rusiyanın Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv rolunu qeyd edib.
Lakin o əlavə edib ki, bütün ölkələrin öz maraqları var.
"Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesini başladan ölkə Rusiyadır. Bu rolu sonradan ABŞ, Aİ, Fransa və Almaniya kimi digər ölkələr və tərəfdaşlar davam etdirdilər... Amma biz başa düşürük ki, bütün ölkələrin öz maraqları var və bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşmür", - Mirzoyan vurğulayıb. Geri dön |