Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi açıqlanıb
Ana Sayfa > Karusel / Sosial > Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi açıqlanıb

Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi açıqlanıb


10-09-2024, 10:28. Yazar: Admin

Bu ilin 8 ayında pensiya ödənişlərinə yönəldilmiş vəsaitin həcmi açıqlanıb

Cari ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (521 mln. manat) çox olmaqla 4 mlrd. 318 mln. manat vəsait yönəldilib.

Bu barədə Qarabaginfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 491 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 525 manata çatıb.

Bu ilin 8 ayında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 129 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.


Geri dön