Ana Sayfa > Karusel / Dünya > İranda XİN rəhbərinin müavini nüvə proqramı üzrə xüsusi nümayəndə təyin edilib

İranda XİN rəhbərinin müavini nüvə proqramı üzrə xüsusi nümayəndə təyin edilib


10-09-2024, 07:34. Yazar: Admin

İranda XİN rəhbərinin müavini nüvə proqramı üzrə xüsusi nümayəndə təyin edilib

İranın xarici işlər naziri Abbas Araqçi İranın BMT-dəki (BMT) keçmiş daimi nümayəndəsi Məcid Taxt Rəvançini xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və ölkənin nüvə proqramı üzrə xüsusi nümayəndəsi təyin edib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.

Qeyd edək ki, sabiq xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın mayın 19-da İranda helikopter qəzasında həlak olmasından sonra xarici işlər nazirinin müavini olmuş keçmiş nüvə müzakirəçisi Əli Baqiri də Araqçinin müşaviri təyin edilib.


Geri dön