Ana Sayfa > Karusel / İqtisadiyyat > Dövlət əmlaklarının qiymətləri sərbəst şəkildə müəyyənləşdiriləcək

Dövlət əmlaklarının qiymətləri sərbəst şəkildə müəyyənləşdiriləcək


9-09-2024, 20:59. Yazar: Admin

Dövlət əmlaklarının qiymətləri sərbəst şəkildə müəyyənləşdiriləcək

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısında dəyişiklik edilib.Nazirlər Kabinetindən  Qarabaginfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 35-ci hissəsi ləğv edilərək, dövlətə məxsus daşınmaz və daşınan əmlakın qiymətlərinin müəyyən edilməsi xidməti dövlət tənzimlənməsindən çıxarılaraq sərbəst şəkildə müəyyənləşdiriləcək.

Geri dön