Ana Sayfa > Karusel / Sosial > Vəzifəli gömrükçülərə kirayə mənzil üçün ödəniləcək aylıq kompensasiya müəyyənləşib
Vəzifəli gömrükçülərə kirayə mənzil üçün ödəniləcək aylıq kompensasiya müəyyənləşib9-09-2024, 20:56. Yazar: Admin |
Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vəzifəli şəxslərə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının hər ay hansı məbləğlərdə ödəniləcəyi müəyyənləşib. Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”ndə əksini tapıb. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vəzifəli şəxslərə qulluq keçdiyi dövr ərzində yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödəniləcək: - Bakı şəhərində - 150 manat; - Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda - 100 manat; - başqa şəhər və rayon mərkəzlərində - 75 manat; - digər yaşayış məntəqələrində - 55 manat. Qeyd olunan vəzifəli şəxsə onun hər bir ailə üzvünə görə həmin bənddə nəzərdə tutulan müvafiq kompensasiyaların 50 faizi məbləğində hər ay əlavə pul kompensasiyası ödəniləcək. Geri dön |