Ana Sayfa > Karusel / Gündəm > Cəbrayıl necə qurulacaq... - Baş plan, yeni evlər...
Cəbrayıl necə qurulacaq... - Baş plan, yeni evlər...23-10-2020, 12:10. Yazar: Admin |
Şanlı Ordumuzun yeni torpaqlar azad etməsilə bağlı məlumatları Ali Baş Komandanın tvit-lərindən öyrənməyimiz ənənəyə çevirilib. Torpaqlarımız azad edildikcə, insanlarımızın əzəli yerlərə qayıtmaq, qurub-yaratmaq eşqi daha da artır. Düşmən tapdağından azad edilən ərazilərimizlə bağlı “İşğaldan əvvəl və işğaldan sonra...” adlı rubrikaya start verir. Rubrikada ilk olaraq, sakinlər tərəfindən “kiçik Soçi” adlandırılan Cəbrayıldan bəhs edəcəyik.
52 minlik əhali 82 minə yaxınlaşıb
Rayonun işğaldan əvvəlki vəziyyətilə bağlı Modern.az-a danışan İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev Cəbrayılı qədim insan məskəni olaraq təsvir edib: “Cəbrayıl nəinki Azərbaycanda, bütün dünyada qədim daş dövründən bu yana mövcud olan insan məskənidir. Azıx mağarası vaxtilə Cəbrayıl qəzasının ərazisində olub, sovet hakimiyyəti qurulanda 1930-cu ildə rayon kimi formalaşıb. Qubadlı, Zəngilan, Füzuli rayonları ilə həmsərhəddir, ərazisi 1050 kvadrat kilometrdir. İşğaldan əvvəl əhali sayı 52 min olub, hazırda isə 81 min 600 nəfərdir. Cəbrayıl 92 kənddən, 4 qəsəbədən, 1 şəhərdən – ümumilikdə 97 yaşayış məntəqəsindən ibarətdir. Cəbrayıl kənd təsərrüfatı rayonu olduğuna görə relyef etibarilə üç hissədən ibartədir: dağlıq, dağətəyi və Arazboyu. Rayonun ən çox məşğul olduğu sahələr üzümçülük və heyvandarlıq idi. Bundan əlavə, Cəbrayıl respublikada üçüncü ən böyük barama istehsalçısı idi, ipəkçilik, bostan-tərəvəz məhsullarının istehsalı, meyvəçilik geniş yayılmışdı. 11 iqlim qurşağından 9-u rayonda olduğuna görə, əhali bütün kənd təsərrüfatı sahələrilə məşğul olub. Cəbrayılda xalçaçılıq geniş yayılmışdı, qədim Qarabağ xalçaları toxunurdu”. İcra Hakimiyyəti rəsmisinin sözlərinə görə, Cəbrayıl relyef etibarilə Qarabağın qapısı sayılıb: “Burada iki Xudafərin körpüsü var. Tarixi mənbələrə görə, 11 aşırımlı Xudafərin körpüsü XII əsrə, 15 aşırımlı isə XV əsrə təsadüf edir. Digər versiyada körpülərin eramızdan əvvəl inşa edildiyi göstərilir. Çox şükürlər olsun ki, körpülər rayonla birlikdə azadlığa qovuşub. Vaxtilə bu körpü “Böyük İpək Yolu”nun əsas qollarından biri olub. Cəbrayıl həm də müqəddəs torpaqdır. Toponomiyalarda da qeyd edilir ki, Cəbrayılın adı Allahın xeyir mələyi Cəbrayılın adından götürülüb. Rayonda müqəddəs ocaqlar, pirlər olub, müəqddəs insanlar yaşayıb.
Parlamentdə Cəbrayılı təmsil edən deputat Ceyhun Məmmədov qeyd edib ki, işğaldan azad olunan torpaqlar strateji əhəmiyyətə malikdir:
“İşğaldan əvvəl Cəbrayıldan həm dəmiryolu xətti, həm də avtomobil yolu keçirdi. Bir sözlə, Cəbrayıl tranzit rolunu oynayırdı. Azərbaycanın Cocuq Mərcanlı nümunəsi var. Bu baxımdan qısa müddətdə burada böyük quruculuq, bərpa işləri keçirildi, məktəb, bağça, muzey, xəstəxana, məscid inşa olundu.
Deputatın sözlərinə görə, Cəbrayılın Baş planı hazırlanacaq:
Yeni evlər, yeni həyat...
Parlament üzvü qeyd edib ki, işğaldan əvvəl böyük evlərə sahib olan və yenidən o cür evlər inşa etdirmək istəyənlər üçün şərat yaradılacaq:
“Əsas məsələ torpaqlarımızın azğınlardan azad edilməsidir. Qalan məsələlər razılaşdırılmış şəkildə icra olunacaq. Dövlət tərəfindən hansısa məhdudiyyətlərdən söhbət belə gedə bilməz. Hazırda dövlət qurumları tərəfindən bu məsələlər araşdırılır”. Modern.az Geri dön |