Ana Sayfa > Karusel / Region > Kobaxidze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib
Kobaxidze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib9-09-2024, 13:47. Yazar: Admin |
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib. Qarabaginfo.az xəbər verir ki, hökumət başçısı Kiyevin addımının siyasi motivli olmadığını qeyd edib. O əlavə edib ki, bu qərar Ukrayna səfirliyinin nümayəndəsinin məişət əşyaları satın alması ilə əlaqədardır və Ukrayna hökuməti müharibə dövründə belə satınalmanı yersiz hesab edib. “Bu qərar 2022-ci ildə səfirin siyasi motivlə geri çağırılması ilə eyni xarakter daşımır", - Kobaxidze deyib. Qeyd edək ki, Ukrayna XİN başçısı Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixaylo Karişini geri çağırıb. Ukraynalı nazir bu barədə “Facebook” paylaşımında bildirib. Geri dön |