Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Prezidenti Kim Çen Inı təbrik edib
Ana Sayfa > Karusel / Dünya > Azərbaycan Prezidenti Kim Çen Inı təbrik edib

Azərbaycan Prezidenti Kim Çen Inı təbrik edib


9-09-2024, 11:55. Yazar: Admin

Azərbaycan Prezidenti Kim Çen Inı təbrik edib

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Ina təbrik məktubu ünvanlayıb.

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Koreya Xalq Demokratik Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcək, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımız bundan sonra da genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".


Geri dön