Ana Sayfa > Karusel / Dünya > KİV: Donald Tramp Kamala Harrisi 1 faiz səslə üstələyib
KİV: Donald Tramp Kamala Harrisi 1 faiz səslə üstələyib9-09-2024, 11:52. Yazar: Admin |
ABŞ prezidentliyinə namizəd Kamal Harris Donald Trampla növbəti debat öncəsi liderliyi itirmək üzrədir. Qarabaginfo.az “The New York Times“ nəşrinə istinadən xəbərinə görə, sonuncu sorğunun nəticəsi rəqiblər arasında 1 faizlik fərqin yarandığını ortaya qoyub. Belə ki, D. Tramp 48, K. Harris isə 47 faiz respondentin dəstəyini qazanıb. “CBS News”un keçirdiyi rəy sorğusu isə əksinə, Kamala Harrisin 1 faiz öndə olduğunu göstərib. Rəqiblər arasında növbəti debatlar isə sentyabrın 10-da Filadelfiyada keçiriləcək. Bu arada, Donald Tramp seçkidə qələbə qazandıqdan sonra saxtakarlıq faktlarında adları hallanan məmurlara qarşı sərt tədbirlər görəcəyinin anonsunu verib. Geri dön |