Ana Sayfa > Karusel / Region / İqtisadiyyat > Türkiyədə ilk AES-in enerji bloklarının işə salınma tarixləri açıqlanıb

Türkiyədə ilk AES-in enerji bloklarının işə salınma tarixləri açıqlanıb


9-09-2024, 11:02. Yazar: Admin

Türkiyədə ilk AES-in enerji bloklarının işə salınma tarixləri açıqlanıb

Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun 2025-ci ildə istifadəyə veriləcəyi planlaşdırılır.

Qarabaginfo.az Türkiyənin “Axşam”qazetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə hakimiyyəti AES-in ilk enerji blokunu bu il ərzində istifadəyə verməyi planlaşdırırdı. Lakin sonradan bildirilib ki, Almaniyadan avadanlıqların tədarükü ilə bağlı problemlərə görə, istifadəyə verilmə vaxtları daha gec tarixlərə təxirə salınacaq.

“"Akkuyu" AES-in ilk enerji blokunun gələn il, dördünün isə 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır. Atom elektrik stansiyası tam işə düşdükdən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini ödəyə biləcək”, - nazir bildirib.

Xatırladaq ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan birinci atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu ilin mayında bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.


Geri dön