Ana Sayfa > Karusel / İdman > Fernandu Santuş: Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq
Fernandu Santuş: Komanda olaraq əlimizdən gələni etməyə çalışdıq8-09-2024, 23:06. Yazar: Admin |
Futbol üzrə Azərbaycan milli komandası növbəti matçını keçirib. Qarabaginfo.az xəbər verir ki, Millətlər Liqasının C1 qrupunda mübarizə aparan yığmamız Slovakiya seçməsi ilə qarşılaşıb - 0:2. Oyundan sonra komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi portuqaliyalı mütəxəssisin fikirləri ilə tanış edirik: "Slovakiyanı təbrik edirəm. Yaxşı oyun göstərdilər. Komanda olaraq həmişəki kimi əlimizdən gələni etməyə çalışdıq. Futbolçular da sona qədər savaşdı. Amma təəssüf ki, çox top itirirdik. Rəqib birinci hissəyə çox yaxşı pressinqlə başladı. Həmin hücumların qarşısını almağa çalışdıq. Slovakiyanı əks-hücumda yaxalamağa səy göstərdik. Oyun daxilində hücuma keçmək istəyəndə onlar bizi bloklayırdı. Bizi daim pressinq altında saxladılar. 2 məsələ var. Hücuma keçəndə müdafiəyə qayıtmaqda çətinlik çəkirik. Rəqib çox paslaşırdı, bu da onlara xeyli hücum etməyə şərait yaradırdı. Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik. Bəzi anlarda bu alınır, amma bu daimi olmalıdır. Rəqib hücuma keçirsə sən güclü müdafiə göstərməsən, onlar rahat qol vuracaqlar. Hücumun qarşısını almaq üçün müdafiədə inamlı olmaq lazımdır. Bacarmasan, ardıcıl qollar buraxacaqsan. Əsas məsələ odur ki, biz mental düşüncəmizi dəyişməliyik. Komanda olaraq başa düşməliyik ki, yaxşı hücum edə bilərik, yaxşı müdafiə oluna bilərik. Bunun üçün çox məşq etmək lazımdır. Əgər komanda olaraq bu mentalitetimizi dəyişsək və intensiv oynasaq, hər şey düzələcək". - Amini ilk hissədə əvəzlədiz, bunu necə dəyərləndirirsiz? Komandanın əsas kapitanı kimdir, bu vəziyyətə görə dəyişir? - İkinci hissədə Emin Mahmudov istisna, İsveçlə başladığımız heyətə döndük. Elə bu cür başlamaq olmazdımı? - Amini əvəzləməyiniz start heyətlə bağlı səhvinizin etirafı sayılar? - Abbasla da başlamaq olardı, ona görə... - Portuqaliya milisindən sonra Azərbaycanda işləmək çox çətin deyil? Geri dön |