Ana Sayfa > Karusel / Siyasət > “Azərbaycan Avropa İttifaqı üçün strateji ölkədir” –Viktor Orban

“Azərbaycan Avropa İttifaqı üçün strateji ölkədir” –Viktor Orban


8-09-2024, 16:48. Yazar: Admin

İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırıb.

Macarıstan hökumətinin başçısı deyib: “Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan strateji əhəmiyyətə malik ölkəyə çevrilib. Ona görə də Avropa Şurasının sədri kimi, biz Azərbaycanla strateji əməkdaşlığın inkişafını dəstəkləyirik”.


Geri dön