Ana Sayfa > Karusel / Dünya / Gündəm > Pezeşkian Putinlə görüşəcək
Pezeşkian Putinlə görüşəcək7-09-2024, 12:42. Yazar: Admin |
İran prezidenti Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək və orada Rusiya lideri Vladimir Putinlə görüşəcək. “Bəli, düşünürəm ki, Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək. Biz indi bu səfərə hazırlaşırıq ki, ikitərəfli münasibətlərimiz üçün faydalı və uğurlu olsun”, - deyə səfir bununla bağlı sualı cavablandırıb. Oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində BRİKS liderlərinin sammiti keçiriləcək. Hazırda BRİKS-in 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya. Geri dön |