Ana Sayfa > Karusel / Qarabağ / Kriminal > Xankəndidən xeyli silah-sursat götürülüb

Xankəndidən xeyli silah-sursat götürülüb


7-09-2024, 10:42. Yazar: Admin

Xankəndidən xeyli silah-sursat götürülüb

Həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.

Bu barədə Qarabaginfo.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.

"Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir", - məlumatda vurğulanıb.


Geri dön