Ana Sayfa > Karusel / İqtisadiyyat > “Günəşli” yatağında qalıq karbohidrogen potensialı yenidən qiymətləndiriləcək
“Günəşli” yatağında qalıq karbohidrogen potensialı yenidən qiymətləndiriləcək6-09-2024, 16:11. Yazar: Admin |
SOCAR və “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair Saziş imzalanıb. SOCAR-dan Qarabaginfo.az-a verilən məlumata görə, sazişi SOCAR-ın “Azneft” İB-nin baş direktoru Əli Qurbanov və “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Qrem Teylor imzalayıblar. Məlumata görə, sənəd “Günəşli” yatağında qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır. Geri dön |