Ana Sayfa > Karusel / Dünya > Tramp miqrantların ABŞ-ı zəhərlədiyini deyib
Tramp miqrantların ABŞ-ı zəhərlədiyini deyib6-09-2024, 08:32. Yazar: Admin |
Amerika Birləşmiş Ştatları indiki administrasiya dövründə daha da pisləşən miqrasiya böhranı ilə üzləşib. Qarabaginfo.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib. “İndi bizim əsas problemimiz ABŞ hakimiyyətinin ölkəyə buraxıldığı 21 milyon insandır. Onlar ölkəmizi zəhərləyiblər. Onlar bura həbsxanalardan, psixiatriya xəstəxanalarından gəlirlər. Onların arasında terrorçular da var. Bu, bizim heç vaxt qarşılaşmadığımız ən çətin problemimizdir.”, - deyə o, Pensilvaniya ştatının Harrisburq şəhərində seçicilərlə görüşü zamanı deyib. Qeyd edək ki, miqrasiya böhranı ABŞ-da cari seçki kampaniyasının əsas məsələlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq demokratları böhranın kəskin eskalasiyasında günahlandırırlar. Tramp dəfələrlə söz verib ki, seçkidə qalib gəlsə, ABŞ tarixində ən böyük miqrant deportasiyasını təşkil edəcək. Geri dön |