Ana Sayfa > Karusel / Region > İran XİN rəhbəri: Regionda sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir
İran XİN rəhbəri: Regionda sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir5-09-2024, 20:28. Yazar: Admin |
Qonşularımızın ərazi bütövlüyünə hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi tamamilə qəbuledilməzdir və bu, İran üçün qırmızı xətdir. Qarabaginfo.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi “X” hesabında paylaşımında bildirib. “Regional sülh, təhlükəsizlik və sabitlik sadəcə üstünlük deyil, milli təhlükəsizliyimizin sütunudur. Qonşularımızın ərazi bütövlüyünə Şimaldan, Cənubdan, Şərqdən və ya Qərbdən hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi İran üçün tamamilə qəbuledilməzdir və bu, qırmızı xətdir”, - diplomat qeyd edib. Geri dön |